10:04 10-04-2021
news_image
93
FUTBOL

“Lion”a qayıtmaq istəyir” – Benzemanın meneceri

“Real”ın hücumçusu Kərim Benzema klubla yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, bunu fransalı forvardın meneceri Kərim Cəziri deyib.

O bildirib ki, 33 yaşlı ulduz futbolçu gələcəkdə doğma komandası “Lion”a qayıtmaq arzusundadır: “Kərim “Lion”a qayıtmaq istəyir, çünki ora onun şəhəri və klubudur. Ancaq bu, gələcək üçün nəzərdə tutulub. Benzema hazırda “Real”la yeni müqavilə imzalamağa çox yaxındır”.

Qeyd edək ki, hazırkı müqavilə müddəti gələn ilin yayına qədər olan Benzemanın anlaşmasının daha bir il uzadılması nəzərdə tutulur. O, cari mövsüm 34 oyunda 24 qol vurub, 6 məhsuldar ötürmə verib.