12:11 10-04-2021
news_image
57
FUTBOL

La Liqada “El Klasiko”nu buraxacaq – karyerasında ilk dəfə

İspaniya La Liqasının XXX turu çərçivəsində bu gün “Barselona” ilə keçiriləcək oyunu “Real”ın kapitanı Serxio Ramos zədə səbəbindən buraxacaq.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı mərkəz müdafiəçisi karyerasında ilk dəfə ölkə çempionatında “El Klasiko”da meydana çıxmayacaq.

“El Klasiko”lar tarixində 45 dəfə iştirak edən və bu baxımdan rekordçu olan mərkəz müdafiəçisi indiyə qədər iki dəfə kataloniyalılarla qarşılaşmanı buraxıb. Bunlar 2010/11 mövsümündə Çempionlar Liqasının yarımfinalına, biri isə 2012/13 mövsümündə İspaniya Kral Kubokunun yarımfinalına təsadüf edib.

Qeyd edək ki, “Alfredo di Stefano” stadionunda keçiriləcək “Real” – “Barselona” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.