12:24 10-04-2021
news_image
376
FUTBOL

Ozan Kabakla bağlı qərarını verdi – “Liverpul”

“Liverpul” türkiyəli futbolçu Ozan Kabakla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, hazırda müqavilə ilə “Şalke”yə məxsus olan mərkəz müdafiəçisi transfer olunacaq.

“Qırmızılar” icarə əsasında komandada çıxış edən gənc oyunçunun çıxışından məmnundur. İngilislər Türkiyə millisinin üzvünün birdəfəlik satın alınma maddəsini aktivləşdirəcək. Bu isə Bundesliqa klubuna 21 milyon avro qazandıracaq.

Qeyd edək ki, “Liverpul”un qış fasiləsində icarəyə götürdüyü Ozan Kabak “mersisaydlılar”ın heyətində 9 görüşdə iştirak edib.