13:49 10-04-2021
news_image
137
FUTBOL

“O, mənim 12 yaşımda ən yaxşıdır” – de Yonq

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandanın kapitanı Lionel Messi haqda fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü Leonu özünə örnək götürüb.

De Yonq qəhrəmanı kimi məhz argentinalını seçib: “Mənim üçün Messi bütün zamanların ən yaxşı futbolçusudur. Onunla hər şey daha asan olur. Hər matçda ən yaxşı olduğunu sübut etməyə davam edir. Mənim qəhrəmanım? Bilmirəm, düşünürəm ki, Messidir. Çünki o, mənim 12 yaşımda ən yaxşıdır”.

Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən “Barselona”nın formasını geyinir.