14:21 10-04-2021
news_image
98
FUTBOL

Təyinatlar açıqlandı – Premyer Liqada

Azərbaycan Premyer Liqasında XXII turun daha iki oyunu üçün təyinatlar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək “Zirə” – “Keşlə” və “Qarabağ” –“ Sumqayıt” matçını idarə edəcək hakimlər açıqlanıb.

Adıçəkilən görüşləri müvafiq olaraq Rəşad Əhmədov və Rauf Cabarov idarə edəcək.

Azərbaycan Premyer Liqası
XXII tur
11 aprel (bazar)
17:00. “Zirə” – “Keşlə”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

19:15. “Qarabağ” –“ Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”