15:03 10-04-2021
news_image
274
DİGƏR NÖVLƏR

Avropa çempionatında növbəti medal - ağırlıqqaldıranlarımızdan

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Avropa çempionatında çıxışını uğurla başa vurub. 

Apasport.az saytının məlumatına görə, 102 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz bürünc medala sahib olub. 

Atletimiz birdən qaldırma hərəkətində 177 kq nəticə ilə bu hərəkətdə bütün rəqiblərini üstələyib və kiçik qızıl medala sahib çıxıb. Təkanla qaldırma hərəkətində 202 kq nəticə göstərən idmançımız bu hərəkətdə 7-ci olub. Toplam 379 kq (177+202) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada 3-cü yeri tutub.

Onunla eyni çəki dərəcəsində mübarizə aparan Əliş Nəzərov isə 13-cü olub. Həmyerlimiz toplam 315 kq (141+174) nəticə göstərib. 

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada keçirilən qitə çempionatında daha öncə Boyanka Kostova (59 kq) çempion tituluna yiyələnib.