15:52 10-04-2021
news_image
110
FUTBOL

Mbappeni əvəzləyəcək hücumçusunu tapdı - PSJ

PSJ hücumçusu Kilian Mbappenin “Real”a mümkün transferi ilə bağlı alternativ variantlara başlayıb.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi bu keçidin baş tutması təqdirində transfer ediləcək yeni hücumçunu müəyyənləşdirib.

Liqa1 çempionu “Yuventus”un hücumçusu Kriştianu Ronaldonu gənc qolçuya layiqli əvəzləyici sayır. Bu üzdən parislilər portuqaliyalı superulduzun yayda transferi ilə bağlı çalışmalara başlayıb.

Qeyd edək ki, “Yuventus” maliyyə problemi ucbatından müqavilə müddəti gələn ilin yayına qədər olan Ronaldonu satmağın əleyhinə deyil.