12:15 11-04-2021
news_image
197
FUTBOL

“Liverpul”a qayıda bilər – baş məşqçi ilə yola getmədiyi üçün

“Atletiko”nun hücumçusu Luis Suares mövsümün sonunda İngiltərəyə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin üzvü sabiq klubu “Liverpul”un maraq dairəsindədir.

34 yaşlı forvardın Madrid klubunda baş məşqçi Dieqo Simeone ilə yola getmədiyi vurğulanır. Suaresin argentinalı mütəxəssisin qurduğu taktiki sistemdən narazılıq bildirməsi tərəflər arasında mübahisəyə yol açıb. Bu üzdən onun “Liverpul”a dönməsi istisna edilmir.

Qeyd edək ki, “Atletiko”ya ötən ilin yayında “Barselona”dan keçən Luis Suaresin müqavilə müddəti gələn ilin yayına qədərdir.