22:21 10-04-2021
news_image
178
FUTBOL

“Liverpul”a 4 qol vurdu – Arşavindən sonra ilk

İngiltərə Premyer Liqasının XXXI turunda “Aston Villa” ilə qarşılaşan “Liverpul” 2:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bu görüş birminhemlilərin hücumçusu Olli Uotkins üçün əlamətdar olub.

43-cü dəqiqədə komandasının yeganə qoluna imza atan oyunçu cari mövsüm 4-cü dəfə “qırmızılar”ı məyus etməyi bacarıb. İlk dövrədə “Aston Villa”nın 7:2 hesabı ilə qalib gəldiyi oyunda Uotkins het-trik etmişdi.

Buna qədər sonuncu dəfə bir mövsümdə “Liverpul”a 4 qol vuran futbolçu sabiq “Arsenal”lı Andrey Arşavin olub. Rusiyalı 2008/09 mövsümündəki qarşılaşmada pokerlə yadda qalıb.