10:04 11-04-2021
news_image
350
FUTBOL

ÇL-in ilk iştirakçısı müəyyənləşdi – 2021/22 mövsümündə

Çempionlar Liqasının (ÇL) 2021/22 mövsümünün qrup mərhələsinin ilk iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna “Bavariya” nail olub.

ÇL-in son qalibi Bundesliqanın XXVIII turunda “Union”la heç-heçə edərək (1:1) mövsümü ilk “dördlük”də bitirməyi təmin edib. Bununla “Bavariya”nın gələn mövsüm də bu turnirə qatılacağı rəsmiləşib.

Qeyd edək ki, hazırda Bundesliqaya başçılıq edən “Bavariya”nın aktivində 65 xal var.