21:09 11-04-2021
news_image
577
FUTBOL

Liderliyini möhkəmlətdi - "Qarabağ"

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə iki görüş baş tutub.

İlk olaraq meydana qəsəbə təmsilçiləri çıxıb. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Zirə” autsayder “Keşlə”ni sınağa çəkib. Rəşad Sadıqovun kollektivi mövqeyini itirmək təhlükəsi ilə üzləşibsə, “Keşlə” qələbə təqdirində iki komandanı geridə qoya bilərdi. Lakin dünən baş tutan iki matçda olduğu kimi, bu görüşdə də qalib müəyyənləşməyib. Komandalar qolsuz bərabərliklə aktivlərinə 1 xal yazdırıblar.

Tur “Qarabağ” – “Sumqayıt” matçı ilə başa çatıb. Bir gün əvvəl “Neftçi”nin büdrəməsi liderliyini möhkəmlətmək baxımından ağdamlılara şans yaratmışdı. Bundan məharətlə yararlanan Qurban Qurbanovun kollektivi turun yeganə 3 xal qazanan komandası olub. Asan qələbə sayəsində vahid liderliyini bir qədər də möhkəmlədən “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”dən 3 xal uzaqlaşıb.

Qeyd edək ki, dünən keçirilən “Qəbələ” – “Neftçi” (2:2) və “Sabah” – “Səbail” (0:0) oyununda heç-heçə qeydə alınıb.

Azərbaycan Premyer Liqası
XXII tur
11 aprel
11 aprel (bazar)

17:00. “Zirə” – “Keşlə” - 0:0
Hakimlər:
Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
“Zirə”: 1. Mateus Albino, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 29. Musa Qurbanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Keşlə”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 10. Sezar Meza Kolli, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov
Zirə İdman Kompleksinin stadionu

19:15. “Qarabağ” –“ Sumqayıt” - 4:1
Qollar:
Abdullah Sübut, 45+1, 71, Camaləddin Xocaniyazov, 46 (avtoqol), Filip Ozobiç, 78 - Əli Qurbani, 59
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 9. Xayme Romero, 8. Uroş Matiç, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Azersun Arena”

1

Qarabağ

22

13

7

2

51-15

46

2

Neftçi

22

13

4

5

32-23

43

3

Zirə

22

7

11

4

24-21

32

4

Sumqayıt

22

7

8

7

26-28

29

5

Qəbələ

22

5

9

8

20-31

24

6

Səbail

22

4

8

10

19-33

20

7

Sabah

22

5

5

12

20-29

20

8

Keşlə

22

3

10

9

21-33

19

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") - 14 qol, Mahir Emreli ("Qarabağ") - 13 qol, Filip Ozobiç ("Qarabağ") - 11 qol