11:31 19-08-2008
news_image
398
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadasında Hindistana uduzub

Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Mersin şəhərində təşkil olunan 16 yaşadək şahmatçıların Ümumdünya Olimpiadasında III tura yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turu Azərbaycan milli komandası üçün uğursuz olub. İlk iki oyunda yerli komanda və Sri Lankaya 3:1 hesabı ilə qalib gələn yığmamız eyni hesabla Hindistana uduzub. Hesabında 7 xal olan və 7-ci pillədə qərarlaşan komandamız bu gün IV tur çərçivəsində İngiltərə ilə qarşılaşacaq.
Qeyd edək ki, 10 turdan ibarət olan və avqustun 24-də başa çatacaq olimpiadanın mükafatları uğrunda 26 komanda mübarizə aparır.