16:23 11-04-2021
news_image
270
FUTBOL

Füzuli Cavadov vəfat edib

Azərbaycanın veteran futbolçusu Füzuli Cavadov vəfat edib.

Apasport.az saytının məlumatına görə, o, 71 yaşında dünyasını dəyişib.
 
Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşı olan Füzuli Cavadovun ölüm səbəbi koronavirus olub.

Qeyd edək ki, karyerasının böyük hissəsi “Neftçi” ilə bağlı olan Füzuli Cavadov 1972-1979-cu illərdə “ağ-qaralar”ın formasını geyinib. 

Allah rəhmət eləsin!