21:21 11-04-2021
news_image
109
FUTBOL

Radamel Falkao əməliyyat olunacaq – üz sümüyü qırıldı

“Qalatasaray”ın bugünkü məşqində xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, komandanın hücumçuları Kərəm Aktürkoğlu ilə Radamel Falkao toqquşub.

Dərhal xəstəxanaya aparılan kolumbiyalı forvardın üz sümüyündə sınıq aşkarlanıb. İstanbul təmsilçisi Falkaonun əməliyyat olunacağını açıqlayıb. Ulduz futbolçu ən azı 3 həftə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray”ın “Fatih Karagümrük”lə dünən heç-heçə etdiyi (1:1) görüşdə Falkao ehtiyatda qalıb, Aktürkoğlu son dəqiqələrdə meydana daxil olub.