22:32 11-04-2021
news_image
139
FUTBOL

Kütləvi dava – İspaniya futbolunda

İspaniya futbolunda qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, III Kataloniya divizionu çərçivəsində keçirilən “Bon Postor” – “Karmelo” oyunu dava-dalaşla yekunlaşıb.

Matçın sonuna iki dəqiqə qalmış iki oyunçu arasında mübahisə düşüb. Baş hakim dərhal onlardan birinə qırmızı vərəqə göstərib. Lakin əsas gərginlik bundan sonra yaşanıb. Digər futbolçulara azarkeşlərin də qoşulması ilə kütləvi dava yaranıb. Bu səbəbdən referi görüşü başa çatdırmaq qərarına gəlib.

Oyun “Karmelo”nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.