00:03 12-04-2021
news_image
182
FUTBOL

İngilislərin gündəmində - braziliyalı futbolçu

“Fluminense”nin yarımmüdafiəçisi Martinelli Avropaya köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı futbolçu artıq İngiltərənin iki nəhənginin diqqət mərkəzinə düşüb.

Konkret olaraq “Mançester Yunayted” və “Asenal” orta sahə oyunçusunu heyətinə cəlb etmək niyyətindədir. “Fluminense” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan braziliyalının sözləşməsində yer alan bəndə əsasən, onun sərbəst qalma məbləği  40 milyon avrodur.

Qeyd edək ki, Martinelli bu mövsüm 17 oyunda meydana çıxıb, 3 qol, 2 assistlə yadda qalıb.