00:34 12-04-2021
news_image
179
FUTBOL

Salah üçün yeni variant - Fransa

“Liverpul”un hücumçusu Məhəmməd Salah mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun İtaliya və İngiltərədən sonra Fransaya köçmək variantı yaranıb.

Çünki PSJ Misir millisinin üzvünün transferində maraqlıdır. Paris təmsilçisi hətta 28 yaşlı oyunçunun nümayəndələri ilə ilkin danışıq da aparıb. “Qırmızılar”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Salah özü də komandasını dəyişməyin əleyhinə deyil. Həm “mersisaydlılar”ın uğursuz çıxışı, həm də digər hücumçu Sadio Mane ilə yola getməməsi onun ayrılığını şərtləndirə bilər.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm bütün turnirlərdə 43 oyunda 28 qol vurub, 8 məhsuldar ötürmə verib.