10:03 12-04-2021
news_image
118
FUTBOL

“Qəbələ” hamıdan öndə - gənclərə güvənir

Gənclərə ən çox güvənən klubların siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası dünyanın 71 liqasında çıxış edən 999 klubla bağlı araşdırmalarının nəticələrini açıqlayıb.

Mövsüm ərzində 21 yaşadək futbolçulara ən çox şans verən Latviya təmsilçisi “Metta”dır – 88,1 faiz. Moldova “Daçiya”sı 57,6 faizlə ikinci, Latviya “Valmiera”sı 51,5 faizlə üçüncüdür. Bu rəqəmin 0-a bərabər olduğu klubların sayı isə onlarladır.

Azərbaycan klublarında da gənclərin çəkisi bəlli olub. Burada “Qəbələ” bütün komandaları qabaqlayıb. “Qırmızı-qaralar” hər matçda orta hesabla 10,4 faiz gənclərdən, yəni 21 yaşadək futbolçulardan ibarət olub.

1. “Qəbələ” (26,5 yaş) – 10,4
2. “Qarabağ” (26,6 yaş) – 9,5
3. “Sabah” (26,7 yaş) – 7,6
4. “Sumqayıt” (25,7 yaş) – 5,4
5. “Keşlə” (27,7 yaş) – 4,1
6. “Neftçi” (26,4 yaş) – 4,0
7. “Zirə” (25,7 yaş) – 3,7
8. “Səbail” (26,7 yaş) – 1,5