10:16 12-04-2021
news_image
232
FUTBOL

5 qitə gəzən ulduz – Azərbaycanda

Ötən ay “Neftçi” ilə mövsümün sonuna qədər müqavilə imzalayan Keysuke Honda karyerası ərzində 9 klubun formasını geyinib.

Apasport.az saytının məlumatına görə, 9 klub bir karyera üçün normal görünsə də, onların müxtəlif qitələrdən olması maraqlı təsadüfdür.

Yaponiyalı yarımmüdafiəçi də bu komandalarda çıxış etmək üçün 5 fərqli qitə gəzib. Görək, Honda hansı qitədə hansı klubun formasını geyinib.

Cənubi Amerika – 1 klub
Hondanı azarkeşlər Cənubi Amerikada “Botafoqo”nun formasında izləyiblər. Ötən ilin əvvəlində Braziliyaya yollanan yaponiyalı bu ilin yanvarında ayrılıb.

Şimali Amerika – 1 klub
Ulduz futbolçunun Şimali Amerika karyerasında şərəfini qoruduğu klub “Paçuka”dır. O, 2017-ci ilin yazında yollandığı Meksikada da 1 il qalıb.

Asiya – 1 klub
Honda Asiya qitəsində yalnız “Naqoya Qrampus”da çıxış edib. 2005-ci ildə həmin komandaya keçən yarımmüdafiəçi 2008-ci ilin qışında yola salınıb.

Avstraliya – 1 klub
Karyerasında Okeaniya təcrübəsi də yaşayan Honda 2018-ci ilin yayında yollandığı “Melburn Viktori”də bir il çıxış edib.

Avropa – 5 klub
Honda karyerasının ən parlaq illərini Avropada keçirib. “Venlo” (Niderland), MOİK (Moskva, Rusiya), “Milan” (İtaliya) və “Vitess”də (Niderland) çıxış edən 35 yaşlı orta sahə oyunçusu, xüsusən də, İtaliya təmsilçisinin heyətində parlayıb. Honda bu qitədəki hələlik son klubu olan “Neftçi”yə martın ortalarında keçib və artıq Premyer Liqada 2 oyun keçirib.