10:34 12-04-2021
news_image
101
FUTBOL

Milli üzvünə vəzifə - C seriyasında

İtaliya millisinin və “Udineze”nin sabiq futbolçusu Antonio Di Natalenin yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis C seriyasında mübarizə aparan “Karrareze”yə baş məşqçi təyin olunub. 

O, bu postda Silvio Baldinini əvəzləyib. Sonuncu uğursuz nəticələr səbəbindən istefa verib.

Qeyd edək ki, Di Natale bir müddət “Speziya”nın məşqçilər korpusunda yer alıb.