11:07 12-04-2021
news_image
144
FUTBOL

“Borussiya” ilə məşq edən gözəl - FOTOSESSİYA

Almaniyalı atlet Alisa Şmidt yenidən diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Busted Coveragе” nəşri tərəfindən dünyanın ən seksual idmançısı seçilən 23 yaşlı istedad yenə stadionlardan kənarda fərqlənib.

Alisa instaqramda paylaşdığı şəkillərlə fanatlarının qəlbini oxşayıb. Dortmund “Borussiya”sının məşqlərində futbolçularla hazırlıq keçməsi ilə də diqqət çəkən Şmidt idmandakı uğurları da az deyil.

O, Avropa çempionatlarının ikiqat mükafatçısıdır. Alisa 2017-ci ildə 20 yaşadək gənclərin qitə birinciliyində gümüş, üç il sonra U-23-lərin analoji yarışında bürünc əldə edib. Alisa hər iki uğuruna 4x400 m məsafəyə qaçmaqda rəsmiləşdirib.