22:09 12-04-2021
news_image
215
FUTBOL

Bombardirlərimiz – Premyer Liqada

Azərbaycan Premyer Liqasının ən məhsuldar futbolçuları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, hazırda da Premyer Liqada çıxış edən oyunçular arasında rekordçu Rauf Əliyevdir.

“Səbail”in forvardı çempionatda ümumilikdə 61 qol vurub. Mahir Emreli (“Qarabağ”) ondan 7 top geri qalır.

Ən çox qol vuran 7 futbolçu sırasında legioner statusu daşıyan oyunçu yoxdur. Braziliyalı Riçard Almeyda və rusiyalı Ruslan Qurbanov cədvəldə yer alsa da, hər iki əcnəbi milliləşdirilib.

1. Rauf Əliyev - 61

2. Mahir Emreli – 54


3. Riçard Almeyda – 44


4. Əfran İsmayılov – 42


5-6. Cavid Hüseynov – 39


5-6. Ruslan Qurbanov – 39


7. Amil Yunanov - 38