12:56 12-04-2021
news_image
139
FUTBOL

“Həyat yoldaşım məmnun qalmaya bilər” – 37 yaşında meydana çıxan Robben

Erediviziyanın XXIX turunda “Herenven”lə görüşdə iştirak edən “Qroningen”in ulduz futbolçusu Aryen Robben uzun fasilədən sonra meydana çıxıb.

Apasport.az saytının məlumatına görə, niderlandlı yarımmüdafiəçi altı aydan sonra dönüşünü qeyd edib.

Qarşılaşmadan sonra sevincini bölüşən 37 yaşlı oyunçu növbəti mövsüm karyerasını davam etdirib-etdirməyəcəyinə əmin deyil. O, həyat yoldaşının bu barədə fikrinə önəm verəcəyini vurğulayıb: “Gələn mövsüm də davam etsəm, həyat yoldaşım bundan məmnun qalmaya bilər. Əvvəlcə qarşıdakı turların necə keçəcəyinə baxacağıq”.

Qeyd edək ki, Robbenin 78-ci dəqiqədə meydana daxil olduğu oyunda “Herenven” 2:0 hesablı qələbə qazanıb.