13:16 12-04-2021
news_image
375
FUTBOL

“Liverpul” və “Barselona”ya qalib gəldi, 15 milyon itirdi – “Real”

“Real” Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul”, La Liqanın XXX turunda isə “Barselona” üzərində qələbə qazansa da, buna doyunca sevinə bilməyib.

Apasport.az saytının məlumatına görə, buna səbəb maliyyə ilə bağlı yaranmış vəziyyətdir.

Hər iki rəqibini “Alfredo di Stefano” stadionunda qəbul edən “kral klubu” koronavirus pandemiyası səbəbindən görüşləri boş tribunalar önündə keçirib. Bu isə madridliləri 15 milyon avro ziyana salıb. Komanda bilet satışı olmadığı üçün “Liverpul”la matçda 10, “Barselona” ilə qarşılaşmada isə 5 milyon avro itirib.

Qeyd edək ki, “Real”ın əsas stadionu olan “Santyaqo Bernabeu”da hazırda yenidənqurma işləri aparılır.