00:55 13-04-2021
news_image
229
FUTBOL

İki ayda ulduzları qabaqladı – bəyənilməyən futbolçu

Cari mövsümün ilk yarısında “Mançester Yunayted”in heyətində meydana çıxmayan Cessi Linqard qış fasiləsində icarə əsasında yollandığı “Vest Hem”də yenidən yüksəlişə keçib.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin üzvü fevralın əvvəlindən formasını geyindiyi London təmsilçisindəki performansı ilə qısa müddətdə çoxlarını kölgədə qoymağı bacarıb.

Təsadüfi deyil ki, “Mançester Yunayted”də bəyənilməyən Linqard iki ay ərzində meydana çıxdığı 9 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə verib. 29 yaşlı yarımmüdafiəçiyə cari mövsüm Premyer Liqada vurulan qol sayında bir çox ulduz futbolçunu qabaqlamaq üçün məhz bu 9 görüş kifayət edib.

Mövsümün əvvəlindən çıxış edən, lakin Linqarddan az qol vuran 10 hücumameyilli ulduz futbolçu bunlardır:

Sadio Mane (“Liverpul”) – 28 oyun / 7 qol
Rişarlison (“Everton”) -  25 / 6
Cek Qriliş (“Aston Villa”) – 22 / 6
Fil Foden (“Mançester Siti”) – 25 / 6
Meyson Mount (“Çelsi”) – 30 / 6
Roberto Firmino (“Liverpul”) – 29 / 6
Hames Rodriges (“Everton”) – 19 / 6
Timo Verner (“Çelsi”) – 29 / 5
Kevin De Bruyne (“Mançester Siti”) – 24 / 5
Nikolas Pepe (“Arsenal”) – 22 / 5