14:07 12-04-2021
news_image
176
FUTBOL

Cərimə zərbələrinin mahir ifaçıları – Premyer Liqa tarixində

İngiltərə Premyer Liqası tarixində ən yaxşı cərimə zərbəsi vuran futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 20 futbolçu yer alıb.

Premyer Liqada standart vəziyyətlərdə ən mahir ifaçı “Mançester Yunayted”in əfsanəvi yarımmüdafiəçisi Devid Bekhem seçilib. Onu hazırda “Yuventus”da çıxış edən “qırmızı şeytanlar”ın digər sabiq üzvü Kriştiano Ronaldo izləyib.

İlk “üçlüy”ü “Çelsi”dəki oyunu ilə məşhurlaşan Canfranko Zola qapayıb.

Standart vəziyyətlərin 20 mahir ifaçısı:
1. Devid Bekhem
2. Kriştiano Ronaldo
3. Canfranko Zola
4. Loren Rober
5. Tyerri Anri
6. Dimitri Paye
7. Kevin De Bruyne
8. Sebastian Larsson
9. Morten Qamst Pedersen
10. Nolberto Solano
11. Yan Hart
12. Frenk Lempard
13. Luis Suares
14. Xuan Mata
15. Qulfi Siqurdsson
16. Leyton Beyns
17. Didye Droqba
18. Stiven Cerrard
19. Villian
20. Ceymi Rednapp