14:39 12-04-2021
news_image
156
FUTBOL

“Barselona”ya xəyanət etdi” – Vinisyusun “Real”a keçmə səbəbi

“Real”ın hücumçusu Vinisyus Juniorun vaxtilə “Barselona”ya keçmək variantı olub.

Apasport.az xəbər verir ki, bunu Kataloniya klubunun sabiq skautu Andre Kyuri deyib.

Kataloniyalıların Cənubi Amerika üzrə baş skautu vəzifəsində çalışmış Kyurinin sözlərinə görə, braziliyalı forvardın meneceri onları aldadıb: “Real”dan qabağa düşmüşdük, Vinisyusa üç il yarım əvvəl təklif göndərmişdik. Ancaq futbolçu ora keçdi. Bu, ayrı bir söhbətdir. Meneceri “Barselona” ilə müqavilə imzaladı, sonra da bizə xəyanət etdi. Vinisyusun müştərisi biz idik, “Real” yox. Meneceri ilə yaxın dostluğumuz var idik. Ancaq danışıqların əsas məqamında bizi arxadan bıçaqladı. Vinisyus özü “Real”a keçməzdən 15 gün əvvəl “Barselona” azarkeşi olduğunu, Neymara pərəstiş etdiyini və Messinin Ronaldodan güclü olduğunu demişdi. Madridə gedəndən sonra fərqli danışdı”.

Qeyd edək ki, “Real”a “Flamenqo”dan 2018-ci ildə 45 milyon avro qarşılığında keçən Vinisyusun “kral klubu” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.