15:04 12-04-2021
news_image
240
FUTBOL

Zədəsini sağaltdı, amma... - Levandovski

“Bavariya”nın hücumçusu Robert Levandovski zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DÇ-2022-nin seçmə mərhələsində Andorra ilə qarşılaşmada dizindən zədələnən polşalı forvard bu gündən fərdi məşqlərə başlayıb. Levandovski ilk olaraq qaçışla kifayətlənib. Ancaq onun Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə cavab görüşündə iştirakı gözlənilmir.

Qeyd edək ki, PSJ – “Bavariya” oyunu sabah keçiriləcək. Bu komandalar arasındakı ilk matçda fransızlar 3:2 hesablı qələbə qazanıb.