16:29 12-04-2021
news_image
603
FUTBOL

Azarkeşlərin səhmlərini aldığı klublar – İngiltərə və Almaniya nəhəngi...

Futbola yatırımlar artması klubların gəlirlərinə də ciddi şəkildə təsir göstərir.

Apasport.az saytının məlumatına görə, əksər komandalar artıq bir şirkət kimi idarə olunur.

İndi məqsəd təkcə idman uğuru deyil, həm də iqtisadi qazanc əldə etməkdir. Bir çox klubun birdən çox şəriki, sponsoru var. Böyük şirkətlərin tərəfdaşlıq etdiyi komandalar mövcuddur.

Bəzi klubların da səhmlərinə azarkeşlər sahibdirlər. Bu yazıda da məhz klubların fanatları tərəfindən idarə olunan klublara yer verəcəyik.

“San Paulo”
Braziliya hökuməti 1993-cü ildə klubların böyük şirkətlər tərəfindən alınmasına icazə verən qanun qəbul edib. Ölkənin ən titullu komandası “San Paulo” bu qanuna baxmayaraq, klubun satışına icazə verməyib. Komanda bu müddətdə 6 liqa və 3 Libertadores Kuboku çempionluğu ilə qərarın nə qədər doğru olduğunu sübut edib.

“Bavariya”
Çempionlar Liqasının qalibi klubun adət-ənənələrini pozacaq heç bir dəyişikliyə getmir. Almaniya nəhəngi klubun 50+1 faizinin azarkeşlərə məxsus olmasını istəyir. Hazırda bu nisbət 75 faizdir.

“Atletik”
Dünyanın ən çox ənənəyə sadiq qalan komandası kimi tanınan “Atletik” səhm məsələsinə də həssas yanaşır. Baskoniya bölgəsindən kənardan oyunçu gətirməyən bilbaoluların tamamilə klub üzvləri tərəfindən idarə olunur.

“Uimbeldon”
Klub 2002-ci ildə borclarına görə adını dəyişib. Adın sonundakı FC ləğv edilərək, əvvəlinə AFC əlavə olunub. “Uimbeldon” bu üzdən məskunlaşdığı bölgəni tərk edərək Milyon Keynsə köçüb. Klubun səhmlərini “The Dons Trust” adlı qrup salıb. Bəzi “Uimbeldon” azarkeşləri bu durumdan narazılıq edərək “Milton Keyns Dons” klubunu yaradıblar.

“Reyncers”
2011/12 mövsümündə maliyyə böhranı ucbatından aşağı liqaya düşən “Reyncers” 10 illik fasilədən sonra Şotlandiya çempionluğunu qazanıb. 2012-ci ilin sonunda “Reyncers” azarkeşlərinin formalaşdırdığı “Rangers International Football Club plc” klubun səhmlərini alıb.

“Mançester Yunayted”
Dünyanın hər yerində böyük azarkeş kütləsinə malik olan “qırmızı şeytanlar” çempionluq qazansa da, qazanmasa da böyük gəlirlər əldə edir. Klubun ümumi mülkiyyətini və nəzarətini Malkom Qleyzer özündə saxlasa da, “mankunianlar”a 2012-ci ildən zəngin “Mançester Yunayted” azarkeşi rəhbərlik edir.