23:18 12-04-2021
news_image
98
FUTBOL

“Kriştiano olduğumu unutmaq ən yaxşısıdır” - Ronaldo

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo qazandığı uğurlarla bağlı fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü hələ də hər şeyi qazanmadığını düşünür.

36 yaşlı superulduz hər gün çalışmasını uğura ac olması ilə əlaqələndirib: “Hər şeyi qazandığımı, çox pulumun olduğunu və uğur qazandığımı düşünsəydim, çox çalışmazdım. Bunu düşünməməyi üstün tuturam. Hətta bəzən Kriştiano olduğumu unutmaq ən yaxşısıdır”. 

Qeyd edək ki, cari mövsüm A seriyasında 25 qola imza atan Kriştiano Ronaldo bombardirlər yarışına başçılıq edir.