17:01 12-04-2021
news_image
195
FUTBOL

"Anlayırıq ki, səhv etmək olmaz" - İsmayıl İbrahimli

“Matça çox ciddi hazırlaşmışdıq. “Sumqayıt”la oyunlarımız həmişə maraqlı və gərgin keçir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”la keçirilən oyunu dəyərləndirərkən deyib.

Klubun rəsmi saytına açıqlamasında 4:1 hesablı qalibiyyətə münasibət bildirən gənc oyunçu növbəti turda “Səbail”lə keçiriləcək qarşılaşma barədə də fikirlərini bölüşüb: “Vacib qələbə qazandıq və aktivimizə mühüm 3 xal yazdırdıq. İndi “Səbail”lə qarşılaşmaya köklənməliyik. Bizi səfərdə çətin görüş gözləyir. Ümid edirəm ki, bu oyun da komandamız üçün yaxşı alınacaq. Marafonun son dövrəsindəyik və çox yaxşı anlayırıq ki, səhv etmək olmaz. Hər qarşılaşmaya ciddi yanaşırıq”.

Qeyd edək ki, aprelin 16-da “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qarabağ” matçı saat 18:00-da başlayacaq.