09:41 13-04-2021
news_image
76
FUTBOL

Yenidən prezident seçildi - Peres

Florentino Peres İspaniyanın “Real” klubunun prezidenti seçilib.

Apasport.az saytının məlumatına görə, funksioner prezident seçkilərində iştirak üçün yeganə namizəd olduğundan avtomatik olaraq yenidən bu posta sahib çıxıb.

Belə ki, digər namizəd olmadığından seçkilərin keçirilməsinə ehtiyac duyulmayıb. O, 2021-2025-ci illərdə də kluba rəhbərlik edəcək.

Qeyd edək ki, son 12 ildə “Real”ın prezidenti olan Peres 2000-2006-cı illərdə də bu postu tutub.