10:25 13-04-2021
news_image
120
FUTBOL

Bombardir müdafiəçilər – Azərbaycan Premyer Liqasında

Son illər hücumçuların o qədər də yüksək məhsuldarlıq göstərmədiyi Azərbaycan Premyer Liqasında əsas yük daha çox yarımmüdafiəçilərin üzərinə düşür.

Apasport.az saytının məlumatına görə, ölkəmizdə müdafiəçinin çox qol vurması nadir hallarda yaşanan hadisədir.

Məsələn, “Reyncers”in cinah müdafiəçisi Ceyms Tavernier cari mövsümdə 17 dəfə fərqlənibsə, bunun fonunda “Keşlə”də eyni mövqedə çıxış edən Azər Salahlının 4 qol vurması azərbaycanlı futbolçu üçün uğur sayılır. Bu sayla milli komandamızın üzvü ən məhsuldar müdafiəçilər siyahısına başçılıq edir.

Yurgen Qoxa, Yusif Nəbiyev, Təmkin Xəlilzadə, Peyman Keşavarz, Ürfan Abbasov və Anton Krivotsyuk aktivlərinə 2 qol yazdırıblarsa, iki oyunçu da 3 dəfə fərqlənib. Premyer Liqamızda cari mövsümün bombardir müdafiəçiləri aşağıdakılardır:

Azər Salahlı (“Keşlə”): 19 oyun – 4 qol


Vild-Donald Gerye (“Qarabağ”): 8 oyun – 4 qol


Camaləddin Xocaniyazov (“Sumqayıt”): 18 oyun – 3 qol


Tellur Mütəllimov (“Sumqayıt”): 19 oyun – 3 qol

Qeyd edək ki, Vild-Donald Gerye qış fasiləsində “Qarabağ”dan ayrılıb.