10:44 13-04-2021
news_image
350
AVRO-2020

Ronaldo və İbrahimoviç Kasilyasa çatır – AVRO-2020-yə doğru

Bakı və Avropanın digər 11 şəhəri iki aydan sonra start götürəcək qitə çempionatına hazırlıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, sayca 16-cı dəfə keçiriləcək Avropa çempionatı iki futbolçu üçün rekordla əlamətdar olacaq.

Söhbət Kriştiano Ronaldo və Zlatan İbrahimoviçdən gedir. Onlar qitə çempionatlarında iştirak sayında rekorda iddialıdır.

Əgər onlar AVRO-2020-yə yollansalar, 5 dəfə qitə çempionatına qatılmış İker Kasilyasın rekordunu təkrarlayacaq. Mütləq rekord üçün isə final mərhələsində meydana çıxmaq zəruridir. Ronaldo və İbrahimoviçdən hansısa meydana çıxsa, 5 dəfə Avropa çempionatının final mərhələsində oyun keçirən ilk futbolçu olacaq. Təbii ki, onlardan birinin ilk olmasından sonra digəri həmin rekordu təkrarlaya da bilər.

Məsələ ondadır ki, hamıdan çox – 5 belə turnirə yollanan Kasilyas iki yarışda meydana çıxmayıb. Ümumilikdə, 20 futbolçu 4 və daha çox qitə çempionatında iştirak edib. Digər 19 oyunçu 4 dəfə bunu bacarıb. Onlardan ikisi Kasilyas kimi bütün turnirlərdə meydana çıxmayıb. Aron Vinter bir, İqor Akinfeyev iki dəfə final mərhələsinə “turist” qismində qatılıb.

Bu 20 oyunçu 11 müxtəlif yığmanı təmsil edir. Onlardan 19-u ardıcıl çempionatlara yollanıb. Tomaş Rositski AVRO-2008-dən kənarda qalmasaydı, ardıcıl 5 turnirə qatılmış olardı.

say

futbolçu

komanda

turnir (oyun)

5 (2)

İker Kasilyas

İspaniya

2000 (0), 2004 (3), 2008 (5), 2012 (6), 2016 (0)

4

Lotar Mateus

Almaniya

1980 (1), 1984 (3), 1988 (4), 2000 (3)

4

Lukas Podolski

Almaniya

2004 (1), 2008 (6), 2012 (4), 2016 (1)

4

Bastian Şvaynştayger

Almaniya

2004 (3), 2008 (5), 2012 (5), 2016 (5)

4

Petr Çex

Çexiya

2004 (4), 2008 (3), 2012 (4), 2016 (3)

4

Yaroslav Plasil

Çexiya

2004 (1), 2008 (3), 2012 (4), 2016 (3)

4

Tomaş Rositski

Çexiya

2000 (2), 2004 (4), 2012 (2), 2016 (2)

4

Peter Şmeyhel

Danimarka

1988 (2), 1992 (5), 1996 (3), 2000 (3)

4

Lilian Türam

Fransa

1996 (5), 2000 (5), 2004 (4), 2008 (2)

4

Dario Srna

Xorvatiya

2004 (2), 2008 (3), 2012 (3), 2016 (4)

4

Olaf Mellberq

İsveç

2000 (3), 2004 (4), 2008 (3), 2012 (3)

4

Zlatan İbrahimoviç

İsveç

2004 (4), 2008 (3), 2012 (3), 2016 (3)

4

Andreas İsaksson

İsveç

2004 (4), 2008 (3), 2012 (3), 2016 (3)

4

Kim Kallstryom

İsveç

2004 (4), 2008 (2), 2012 (3), 2016 (3)

4

Alessandro Del Pyero

İtaliya

1996 (1), 2000 (6), 2004 (3), 2008 (3)

4

Canluici Buffon

İtaliya

2004 (3), 2008 (4), 2012 (6), 2016 (4)

4

Edvin van der Sar

Niderland

1996 (4), 2000 (4), 2004 (5), 2008 (3)

4

Kriştiano Ronaldo

Portuqaliya

2004 (6), 2008 (3), 2012 (5), 2016 (7)

4(1)

Aron Vinter

Niderland

1988 (0), 1992 (2), 1996 (4), 2000 (3)

4(2)

İqor Akinfeyev

Rusiya

2004 (0), 2008 (5), 2012 (0), 2016 (3)