11:52 13-04-2021
news_image
186
FUTBOL

Meydana 7 futbolçu ilə çıxdı - daha bir komanda

Cənubi Amerika futbolunda daha bir xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, bir neçə gün öncə Kolumbiyada olduğu kimi Ekvador çempionatında da bir komanda meydana 7 futbolçu ilə çıxıb.

“Aukas” VIII turun “Barselona” ilə görüşündə oyunçu çatışmazlığından əziyyət çəkib. Buna komandada koronavirusa kütləvi yoluxma halları səbəb olub. Klub rəhbərliyi oyunun təxirə salınması üçün müraciət etsə də, federasiya xahişi müsbət cavablandırmayıb.

Nəticədə avtobusla 421 km yol qət edən komanda meydana 7 futbolçu ilə çıxıb. Görüş “Barselona”nın 2:0 hesabı ilə öndə olduğu vaxt dayandırılıb və qonaqlara texniki məğlubiyyət verilib. Buna oyunçusu zədələnən “Aukas”ın meydanda 6 nəfərlə qalması səbəb olub.

Qeyd edək ki, bir neçə gün əvvəl “Rioneqro Aqilas” klubu Kolumbiya çempionatının “Boyako Çiko” ilə matçına 7 futbolçu ilə çıxıb. Həmin görüşdə də bir oyunçu zədələndiyi üçün 6 nəfərlə qalan komandaya texniki məğlubiyyət verilib.