12:14 13-04-2021
news_image
100
FUTBOL

300 avroluq ziyafət - İbrahimoviç koronavirus qaydalarını pozdu

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç daha bir intizamsız davranışı ilə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, A seriyasının XXX turunda “Parma” ilə qarşılaşmada qırmızı vərəqə alan isveçli forvard bu dəfə karantin qaydalarını pozub.

40 yaşlı ulduz futbolçu ölkədə qırmızı zona elan edilən Milanda restoranda dostları ilə bir araya gəlib. Halbuki COVİD-19 pandemiyası səbəbindən şəhərdə bütün restoranların fəaliyyəti dayandırılıb. Zlatan isə sabiq “Milan”lı İqnasio Abatenin də olduğu ziyafətdə dostları ilə şərab içib və 300 avroluq hesab ödəyib.

Qeyd edək ki, Zlatan İbrahimoviç bir müddət əvvəl Lombardiya bölgəsində koronavirusla bağlı etiraz aksiyasına qatılmışdı.