12:12 18-04-2021
news_image
162
AVRO-2020

Ramos şəriklərindən qopmaq arzusunda - AVRO-2020-yə doğru

İspaniya millisinin futbolçusu Serxio Ramos Avropa çempionatlarının tarixinə düşmək imkanı qazanıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi iki ay sonra start götürəcək AVRO-2020-də heç kimin fəth edə bilmədiyi zirvəyə yüksələ bilər.

O, 1960-cı ildən təşkil olunan yarışın tarixinə ilk üçqat çempion kimi düşmək şansına malikdir. Əgər İspaniya Bakı və Avropanın digər 11 şəhərində keçiriləcək qitə çempionatında qızıl medal əldə etsə, Serxio 3-cü dəfə bu titula yiyələnmiş olacaq.

2008 və 2012-ci illərdə çempion adına yiyələnən Serxioyadək heç kim bunu bacarmayıb. Ramos hazırda ikiqat Avropa çempionu olan 13 futbolçudan biridir.

Avropada ilk ikiqat çempion Rayner Bonhof olub. Almaniyalı futbolçu 1972 və 1980-cı illərdəki heyətlərdə yerini qoruyan yeganə futbolçunun rekordu uzun illər əlçatmaz qalıb. Maraqlıdır ki, Bonhof iki dəfə çempion olduğu final mərhələlərində meydanda 1 dəqiqə də olmayıb.

Yalnız 32 ildən sonra – 2012-ci ildə almaniyalının rekordu təkrarlanıb. Ardıcıl 2 dəfə çempion olan İspaniya millisinin 12 üzvü hər iki zəfərdə iştirak edib. Onlardan yalnız Ramos indi də komandanın üzvüdür. O, qarşıdakı yarışda şəriklərindən qopmaq arzusundadır.

 futbolçu

komanda

çempionluq (oyun)

Rayner Bonhof

Almaniya

1972 (0), 1980 (0)

Raul Albiol

İspaniya

2008 (2), 2012 (0)

Xavi Alonso

İspaniya

2008 (4), 2012 (6)

Alvaro Arbeloa

İspaniya

2008 (1), 2012 (6)

İker Kasilyas

İspaniya

2008 (5), 2012 (6)

Santyaqo Kazorla

İspaniya

2008 (5), 2012 (2)

Sesc Fabreqas

İspaniya

2008 (6), 2012 (6)

Andres İnyesta

İspaniya

2008 (6), 2012 (6)

Serxio Ramos

İspaniya

2008 (5), 2012 (6)

Pepe Reyna

İspaniya

2008 (1), 2012 (0)

David Silva

İspaniya

2008 (5), 2012 (6)

Fernando Torres

İspaniya

2008 (5), 2012 (5)

Xavi

İspaniya

2008 (5), 2012 (6)