13:06 13-04-2021
news_image
121
FUTBOL

“Borussiya” yeni məşqçi gətirir - Bundesliqada rekord məbləğə

Mönhenqladbax “Borussiya”sının yeni baş məşqçisinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisini növbəti mövsümdə Adolf Hutter çalışdıracaq.

Hazırda “Ayntraxt”a rəhbərlik edən mütəxəssis yeni komandasında Mario Rozeni əvəzləyəcək. Sonuncu isə Dortmund “Borussiya”sına keçəcək.

51 yaşlı avstriyalı Monhenqladbax təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq. “Borussiya” ona görə “Ayntraxt”a 7,5 milyon avro ödəyəcək. Bu, Bundesliqa üçüna rekord məbləğdir. Lakin rəqəm bonuslar hesabına daha 5 milyon avro arta da bilər.