23:15 13-04-2021
news_image
236
FUTBOL

“Ronaldodan qurtul” – “Yuventus”un prezidentinə məsləhət

İtaliyanın “Yuventus” klubunun sabiq baş məşqçisi Massimiliano Alleqri komandanın uğursuzluqlarının səbəbinin Kriştiano Ronaldo olduğunu düşünür.

Apasport.az saytının məlumatına görə, mütəxəssis Turin təmsilçisinin prezidenti Andrea Anyelli ilə söhbətində ona vəziyyətdən çıxış yolunu hücumçunu satmaqda gördüyünü gizlətməyib.

Bu, hələ 2019-cu ildə, Alleqrinin istefaya göndərildiyi vaxt baş verib. Postunu tərk edən baş məşqçi Anyelliyə Ronaldonun getməli olduğunu bildirib: “Ronaldodan qurtul. O, komanda və kluba “böyümək” imkanı vermir”.

Qeyd edək ki, 2014-19-cu illərdə “Yuventus”la 5 dəfə ölkə çempionu olan mütəxəssis Ronaldonun transferindən bir il sonra postundan ayrılıb.