14:12 13-04-2021
news_image
338
AVRO-2020

Portuqaliyalı hücumçu kənarda qaldı - AVRO-2020-dən

Portuqaliya millisinin və İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Pedru Netu AVRO-2020-ni buraxacaq.

Apasport.az saytının məlumatına görə, buna 21 yaşlı hücumçunun ciddi zədə almasıdır.

Forvard “Fulhem”lə qarşılaşmada xəsarət alıb. Netunu diz qapağında əməliyyat gözləyir.

Bu həftə cərrah masasına uzanacaq forvard yalnız növbəti mövsümdə meydana çıxa biləcək. “Mançester Yunayted”in də maraq dairəsində olan futbolçu qitə çempionatından da kənarda qalacaq.