15:37 13-04-2021
news_image
113
FUTBOL

İbrahimoviçin cəzası açıqlandı – hakimi təhqir etdiyi üçün

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviçin cəzası bəlli olub.

Apasport.az saytının məlumatına görə, isveçli hücumçu 1 oyunluq diskvalifikasiya edilib.

Buna səbəb futbolçunun “Parma” ilə görüşün hakimi Fabio Mareskanı təhqir etməsidir. O, yalnız növbəti turu buraxacaq.

Hakimi təxribata çəkməsi və ona qarşı hörmətsizlik səbəbindən Zlatan cərimə də ödəyəcək. Skandinaviyalı 5 min avro ziyana düşəcək.

Qeyd edək ki, “Milan” A seriyasının növbəti turunda “Cenoa” ilə qarşılaşacaq.