11:29 14-04-2021
news_image
160
FUTBOL

5 futbolçusunu satır – paytaxt klubu

İspaniyanın “Atletiko” klubu 5 futbolçusunu satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, bu oyunçulardan ikisinin adı bəllidir.

Bunlar Saul Niqes və Xose Mariya Ximenesdir. Madrid təmsilçisinin digər üç oyunçusu da əsas komandanın üzvləridir. Onların beşi də transferə çıxarılacaq.

Paytaxt klubunun Fransa “Lion”undan icarəyə götürdüyü Mussa Dembelenin taleyinə isə hələ aydınlıq gəlməyib. Onun anlaşmasında futbolçunun sonradan alınması barədə bənd də var.

Qeyd edək ki, “Atletiko” 18 yaşlı uruqvaylı hücumçu Matias Aresonu almağa yaxındır.