16:44 13-04-2021
news_image
197
FUTBOL

Boatenqə elçi düşdü – İtaliya klubu

Almaniyanın “Bavariya” klubunun futbolçusu Jerom Boatenq karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində “Yuventus” maraqlıdır.

Turin təmsilçisi mövsümün sonunda “Bavariya”nı tərk edəcək arxa xətt oyunçusu ilə müdafiəni gücləndirməyi planlaşdırır. Boatenqin keçidinə daha iki klub maraq göstərir. Bunlar İspaniya “Barselona”sı və İngiltərə “Tottenhem”idir.