17:09 13-04-2021
news_image
144
FUTBOL

Həm PSJ, həm də “Bavariya”da oynayanlar - sabiqlər

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün PSJ “Bavariya”nı qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, ötən mövsümün finalçılarının dueli erkən final hesab edilir.

Münhendə baş tutan ilk qarşılaşmada fransızlar 3:2 hesablı qələbə qazanıb. Bəzi futbolçular bugünkü görüşdə növbəti dəfə sabiq komandalarına qarşı çıxış edəcəklər. Hazırda heyətlərdə yer alan futbolçulardan 4-ü hər iki klubun uğurları üçün çalışıb. Onlar aşağıdakılardır.

Kinqsli Koman
Peşəkar karyerasında hər mövsüm ölkə çempionluğunu qazanan Komanda “Bavariya” və PSJ iə yanaşı, başqa klubda da çıxış edən yeganə futbolçudur. Fransalı ötən mövsüm ÇL-in finalında sabiq klubunun qapısına yol tapmaqla hazırkı komandasına çempionluq qazandırıb.

Maksim Çupo-Motinq
33 yaşlı hücumçu ötən ilin yayında PSJ-ni “Bavariya”ya dəyişib. Almaniyada anadan olan oyunçu milli seçimini Kamerunun xeyrinə edib.

Tanquy Nyanzu Kuassi
PSJ-nin akademiyasından çıxan daha bir futbolçu. Gənc müdafiəçi ötən mövsüm Fransa çempionunun heyətinə daxil edilib. Meydana çıxdığı 13 oyunda 2 qol vurub. Mövsümün əvvəlində keçdiyi münhenlilərin isə 2 oyununda şans qazanıb.

Xuan Bernat
Bernat siyahıda yer alan oyunçular arasında alman və ya fransız olmayan yeganə şəxsdir. İspaniyalı sol cinah müdafiəçisi 2014-cü ildə “Bavariya”ya, 2018-ci ildə isə PSJ-yə keçib.