17:33 13-04-2021
news_image
103
FUTBOL

20 günlük diskvalifikasiya – baş məşqçi üçün təhlükə

İtaliyanın “Atalanta” klubunun baş məşqçisi Can Pyer Qasperini diskvalifikasiya olunacaq.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis antidopinq inspektorunu təhqir etdiyi üçün cəzalanacaq.

Antidopinq prokuroru Pyerfilippo Laviani Qasperininin 20 günlük kənarlaşdırılmasını tələb edib. Belə cəza onun İtaliya kubokunun finalından kənar qalması ilə nəticələnəcək.

İnspektorun hesabatında göstərilib ki, gözlənilməz yoxlama zamanı baş məşqçi futbolçulardan birinin müayinəsini erkən dayandırmağa məcbur edib. O, oyunçunu məşqə göndərib. Onun belə davranışı antidopinq kodeksinin pozulması ittihamına səbəb olub.

Qeyd edək ki, Qasperini ilə bağlı qərar mayın 10-da veriləcək.