18:15 13-04-2021
news_image
98
FUTBOL

“Bavariya” və PSJ rəqib oldu – “Real”ın futbolçusuna görə

İspaniyanın “Real” klubunun futbolçusu Lukas Vaskesin heyətində görmək istəyən daha bir nəhəngin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, müqaviləsi bu ilin yayında başa çatacaq yarımmüdafiəçi Fransa çempionatında çıxış edə bilər.

PSJ Lukası heyətinə qatmaqda maraqlıdır. Bununla da parislilər Almaniya “Bavariya”sına rəqib olub. Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələn bu iki komanda Vaskes üçün də mübarizə aparacaq.

Qeyd edək ki, “Real”la yarımmüdafiəçi yeni müqavilənin şərtlərində razılığa gələ bilmədiyindən oyunçunun klubunu dəyişəcəyi gözlənilir. 3 illik müqavilə təklif edən paytaxt təmsilçisi maaşın indikindən təxminən 10 faiz az – təxminən 3 milyon avro təşkil etməsini istəyirsə, Lukas qazancının artmasını tələb edir.