09:27 14-04-2021
news_image
76
FUTBOL

Gələcək taleyinə aydınlıq gətirdi - Neymar

PSJ-nin hücumçusu Neymarın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə keçirilən qarşılaşmadan sonra qalacağını açıqlayıb.

Komandasının yarımfinal mərhələsinə yüksəlməsindən sonra təəssüratlarını bölüşən ulduz futbolçu “Barselona”ya qayıtmaq istəyi ilə bağlı gəzən söz-söhbəti təkzib edib: “PSJ ilə müqavilə müddətinin uzadılması artıq problem deyil. Açığı, Parisdə özümü evimdəki kimi hiss edirəm. İndi əvvəlkindən daha xoşbəxtəm”.

Paris təmsilçisinin prezidenti Nasser el-Xelaifi də açıqlamasında hücumçuları Neymar və Kilian Mbappeni saxlayacaqlarını söyləyib: “Barselona” və “Bavariya”nı məğlub etdik, bu çox şey deməkdir. Turniri qazanmağa doğru irəliləyirik. Komandanın bütün turnirləri qazanması üçün çox pul yatırmışıq. Neymar və Mbappenin də klubdan ayrılmaq üçün heç bir səbəbi yoxdur”.

Qeyd edək ki, 2017-ci ildə “Barselona”dan 222 milyon avroya transfer edilən Neymarın PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.