22:07 14-04-2021
news_image
135
FUTBOL

Klubunda qalmayacaq – “Real”ın futbolçusunun sevgilisi açıqladı

“Ayntraxt”ın hücumçusu Luka Yoviç icarə əsasında formasını geyindiyi Bundesliqa klubunda qalmayacaq.

Apasport.az xəbər verir ki, bunu Serbiya millisinin futbolçusunun sevgilisi Sofiya Milo açıqlayıb.

O, instaqram səhifəsindəki paylaşımı zamanı müqavilə ilə “Real”a məxsus olan forvardın Frankfurtda qalmayacağına işarə vurub: “Frankfurtdan ayrıldıqdan sonra gözəllik salonunun işçisindən ötrü darıxacağam”.

Qeyd edək ki, Luka Yoviçin “Ayntraxt”la icarə müddəti mövsümün sonuna qədərdir.