13:53 14-04-2021
news_image
127
FUTBOL

Demiralı İngiltərəyə göndərir – “Yuventus”

İtaliyanın “Yuventus” klubu sabiq futbolçusu Moyze Kini geri qaytarmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi hücumçunun müqavilə ilə məxsus olduğu İngiltərə “Everton”u ilə danışıqlara hazırlaşır.

Turinlilər Kini qaytarmaq üçün türkiyəli müdafiəçi Merih Demiralı verməyə razıdır. Lakin hazırda icarə əsasında PSJ-də çıxış edən Kinin taleyi Fransa çempionundan asılıdır. Belə ki, parislilər oyunçunu icarə müddəti bitdikdən sonra almaq hüququna da malikdir.