00:43 15-04-2021
news_image
115
FUTBOL

Ən bahalı 10 baş məşqçi transferi – Bundesliqa tarixində

“Ayntraxt”ın baş məşqçisi Adi Hütter gələn mövsümdən Mönhenqladbax “Borussiya”sının sükanı arxasına keçəcək.

Apasport.az saytının məlumatına görə, mönhenqladbaxlıların hazırkı çalışdırıcısı Marko Rouz isə mövsümün sonunda Dortmund “Borussiya”sına üz tutacaq.

Bu iki keçid onların hazırkı klublarına maddi qazanc da gətirəcək. Məhz bu səbəbdən Hütter və Rouz Bundesliqa tarixinin ən bahalı baş məşqçi transferlərində ilk iki sıraya yüksəlib.

Bu baxımdan ilk “10-luq” aşağıdakı kimidir:

1. Adi Hütter
“Ayntraxt”dan Mönhenqladbax “Borussiya”sına
7,5 + 2,5 milyon avroya

2-4. Marko Rouz
Mönhenqladbax “Borussiya”sından Dortmund “Borussiya”sına
5 milyon avroya

2-4. Peter Boş
“Ayaks”dan Dortmund “Borussiya”sına
5 milyon avroya

2-4. Yulian Naqelsmann
“Hoffenhaym”dan “Leypsiq”ə
5 milyon avroya

5-6. Lüsyen Favr
“Nitsa”dan Dortmund “Borussiya”sına
3 milyon avroya

5-6. Markus Waynçirl
“Auqsburq”dan “Şalke”yə
3 milyon avroya

7. Marko Rouz
“Zalsburq”dan Mönhenqladbax “Borussiya”sına
2,5 milyon avroya

8. Niko Kovaç
“Ayntraxt”dan “Bavariya”ya
2,2 milyon avroya

9-10. Bo Svensson
“Liferinq”dən “Maynz”a
1,5 milyon avroya

9-10. Oliver Qlazner
LASK-dan “Volfsburq”a
1,5 milyon avroya